Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Rusiyaya dəvət alıb

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Rusiyaya dəvət alıb

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək Rusiya Teatr Xadimləri İttifaqının VIII Beynəlxalq Yay Teatr Məktəbinə dəvət alıb. SİA-nın məlumatına görə, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iyunun 2-dən 28-dək keçiriləcək tədbirdə dünyanın 26 ölkəsindən 86 gənc sənətçi iştirak edəcək.

Məktəbin müdavimləri üçün Rusiyanın tanınmış aktyor sənəti üzrə müəllimlərinin iştirakı ilə səhnə nitqi, səhnə mədəniyyəti, səhnə hərəkəti ilə bağlı ustad dərsləri keçiriləcək, akrobatik, ritm, vokal, rus və xarici teatr tarixinə dair məruzələr oxunacaq.

Məşğələlər Aleksandr Kalyagin, Lev Dodin, Sergey Jenovaç, Klim kimi görkəmli teatr xadimləri tərəfindən tədris olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə