Əbülfəs Qarayev Dağlıq Qarabağdakı tarixi abidələrdən danışdı AÇIQLAMA

Əbülfəs Qarayev Dağlıq Qarabağdakı tarixi abidələrdən danışdı AÇIQLAMA

Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites ) təklifi və Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) Baş Assambleyasının tövsiyələri əsasında hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 apreldə qeyd edilir. Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə İCOMOS (İnternatinonal Council on Monument and Sites) Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısı keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dağlıq Qarabağdakı tarixi abidələrimizin məhvi ilə bağlı Avropa Təşkilatlarının bu istiqamətdə gördüyü işlərdən danışıb: "Bu gün də sözügedən mövzuya çox həssaslıqla yanaşırıq. Çünki Dağlıq Qarabağda yerləşən tarixi abidələrimiz bizim nəzarətimizdən kənardadır. Düşünürəm ki, hərbi konflikt sona çatmayana qədər mədəni irsimiz olan abidələr məhv olma təhlükəsi ilə qarşı-qarşıyadır. Bildiyiniz kimi, beynəlxalq nümayəndələrdə bu hadisələrdən xəbərdardır. Azərbaycan həm Qeyri- Maddi Mədəni İrs, həm də Maddi Mədəni İrs vasitəsi ilə YUNESKO, Avropa Şurası və digər qurumlarla əməkdaşlıq edir. Bir neçə dəfə Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi abidələrimizin vəziyyəti ilə bağlı təhlillər barədə beynəlxalq qurumların gəlməsi ilə əlaqədar razılaşma əldə etmişdik. Lakin işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyini nəzərə alaraq bu planlar reallaşmadı. Odur ki, biz BMT və YUNESKO səviyyəsində işğal olunmuş torpaqların vəziyyəti ilə bağlı məsələləri hər zaman gündəmə gətirməyə çalışırıq. Bu mövzu aktualdır və daimi bizim gündəliyimizdə duran məsələdir. İşğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti nəinki Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir".

Bütün xəbərlər Facebook səhifəmizdə