"Yüngül" həyat tərzi keçirən aktrisadan cavab gəldi AÇIQLAMA FOTO

"Yüngül" həyat tərzi keçirən aktrisadan cavab gəldi AÇIQLAMA FOTO

"Gürzə" serialındakı "Ziba" roluna görə, son günlər sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən aktrisa Dilarə Nəzərova onun haqda deyilən ittihamlara cavab verib. Belə ki, aktrisa SİA-ya açıqlama verərək bunun yalnız obrazdan ibarət olduğunu diqqətə çatdırıb: "O filmdən bir kadrdır və mənim tərəfimdən yaradılmış bir obrazdır. Bu çox acınacaqlı haldır ki, rəy yazan insanların əksəriyyəti filmə baxmadan düşüncələrini bildirirlər. Hər halda ilk öncə filmi tam olaraq izləyib, sonra obraz haqqında fikirlərini paylaşsalar daha yaxşı olar. Mən də həyatda bu tip qadınları qınayıram və "Ziba" obrazını canladırmağımın ən əsas səbəblərindən biri də belə həyat tərzi keçirən qadınların sözügedən filmə baxaraq bu yolun faciə ilə bitəcəyini dərk etməsini istəyirəm. Həyatın acı həqiqətlərini yalnız xəbərlərdə deyil, filmlərdə də göstərmək lazımdır. Mən istər teatrda, istər kinoda, istərsə də televiziya tamaşalarında müxtəlif səpkili rollar oynamışam. "Ziba" da bu obrazlardan biridir. Film 6 il əvvəl çəkilib və televiziyada nümayiş etdirilib".

Daha sonra sözügedən filmdə tərəf müqavili olmuş aktyor Anar Heybətov da "Ziba" obrazı haqda danışıb: "Gürzə" serialı uzun müddət bundan əvvəl lentə alınıb. Düşünürəm ki, bu sadəcə obrazdır. "Ziba" rolu Dilarə xanıma tapşırılıb o, da öz rolunu ifa edib. Bunu bir o qədər də şişirtmək lazım deyil".

Qeyd edək ki, aktrisa Dilarə Nəzərova "Gürzə" serialına 2008-ci ildə çəkilib və burda yüngül həyat tərzi keçirən "Ziba" obrazını canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə