Ruslan Sabirli: “Aktyorluq kurslarını yenidən bərpa etmək barədə düşünürəm” Açıqlama- FOTOLAR

Ruslan Sabirli: “Aktyorluq kurslarını yenidən bərpa etmək barədə düşünürəm” Açıqlama- FOTOLAR

Kinoaktyor və kinorejissor Ruslan Sabirli Almaniyadan vətənə dönüb. "Sənə inanıram" seriallarının baş qəhrəmanını canlandıran Ruslan Sabirli özü bu barədə SİA-ya açıqlama verib: "Almaniyada prodakşın-menecmenti üzrə təhsil aldım. Təhsil proqramına strateji və korporativ idarəetmə, personalın idarə edilməsi, biznes-proseslər və layihələrin maliyyələşdirilməsi və idarə edilməsi mövzularını əhatə edirdi. Proqram çərçivəsində eləcə də ARRI, ScanLine, Saxonia-Media, BTA və s. kimi qabaqcıl film prodakşınlarda praktik təcrübələr və görüşlər keçirdim, Bayern Film və TV Fondunda da oldum. Köln Beynəlxalq Kino Məktəbi, eləcə də Münxen TV və Kino Məktəbi məni çox mehriban qarşıladı. Həmçinin TransMedia Günü - 2014 tədbirinə qatıldım.

Tədbirin təşkilatçıları arasında Mediennetzwerk Bayern, Bayerisches Filmzentrum, Creative Europe Desk München, Transmedia Bayern olub. Hochschule für Fernsehen und Film, Studienzentrum Filmtechnologie kimi tanınmış şirkətlər var idi. Bu tədbirdə New-Yorkdan olan amerikan rejissoru Lans Uaylerin master klassına qatılmaq imkanı verdi. Tədbirin sonunda professor Dr. Klaus Şefer, Tomas Sesner və digər qonaqlarla amerikan, belçika və avropa kino istehsalı perspektivləri barədə panel müzakirələrdə iştirak etdim. Xüsusilə diqqətinizə çatdırım ki, kinoaktyor və kinorejissor olaraq Almaniyada olduğum müddətdə qazandığım bilik və bacarıqları Azərbaycan kino istehsalı sahəsində istifadə etmək, Azərbaycan kinosunun inkişafına yönəltmək, maraqlı obrazlar yaratmaq, daha yeni layihələrlə tamaşaçıların qarşısına çıxmaq niyyətindəyəm. Bundan əlavə aktyorluq kurslarını yenidən bərpa etmək barədə düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə