Ömər Eldarov “Birlik ulduzları-2014” mükafatının laureatı olub

Ömər Eldarov “Birlik ulduzları-2014” mükafatının laureatı olub

Azərbaycanın Xalq Rəssamı Ömər Eldarov "Birlik ulduzları-2014" mükafatının laureatı olub. SİA-nın məlumatına görə, laureatlar arasında MDB-nin 8 ölkəsindən tanınmış alimlər, rəssamlar, artistlər və ictimai xadimlər, o cümlədən A.P.Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri Oleq Tabakov və başqaları vardır.

Rusiya Dövlət Akademik Böyük Teatrının Bethoven salonunda MDB-nin humanitar sahədə əsas mükafatının - "Birlik ulduzları"nın təntənəli təqdimetmə mərasimi keçirilib. Dövlətlərarası "Birlik ulduzları" mükafatı MDB-nin Humanitar Əməkdaşlıq üzrə Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHAF) tərəfindən 2009-cu ildə təsis edilib. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahələrində ən əhəmiyyətli nailiyyətlərə görə təqdim olunur.

Qeyd edək ki, DHAF-ın İdarə heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə