Özbəkistanda “Odlar yurdunun baharı” Azərbaycan rəssamlarının akvarel rəsmlərinin sərgisi keçiriləcək
25 aprel tarixində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistan Təsviri İncəsənət Qaleriyasının sərgi zalında "Odlar yurdunun Baharı" adlı Azərbaycan rəssamlarının akvarel əsərlərinin sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub.
Sərginin təşkilatçıları sırasında Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Özbəkistanın Təsviri İncəsənət Qalereyası, Azərbaycanın Respublika Dövlət Rəsm Qalereyası da vardır.
"Odlar yurdunun baharı" adlı iki günlük sərgidə 10-dan çox Azərbaycan rəssamlarının - Azad Şıxəliyevin, Hafiz Kərimovun, Ilahə Əliyevanın, Humay Axundovanın, Məmmədhüseyn Hüseynovun, Asif Cəfərovun, Elşad Hüseynovun və b. 50-ə yaxın sulu boya ilə çəkilmiş (akvarel) əsərləri nümayiş olunacaq.
Sərgidə Özbəkistanın tanınmış rəssamları, akvarel əsərlərin müəllifləri, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kamoliddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbə heyəti, və digər qonaqlarda iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB