Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites ) təklifi və Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) Baş Assambleyasının tövsiyələri əsasında hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 apreldə qeyd edilir. SİA-nın verdiyi xəbərə görə, bunun əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.
Bu tədbiri daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın (ICOMOS) Milli Azərbaycan Komitəsinin təsisinin təşəbbüs toplantısı və "Azərbaycan və İCOMOS: mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın (ICOMOS) Prezidentinin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı gözlənilir.
YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox Milli Komitəni, 30-dək Beynəlxalq Elmi Komitəni və 12.000 nəfərə yaxın fərdi üzvü özündə birləşdirən Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (İCOMOS) memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.
Qeyd edək ki, tədbir 18 aprel, saat 10:15-də "Park İnn" mehmanxanasının "Dan Ulduzu" zalında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB