Zülfüqar Hacıbəyovun 130 illik yubileyi qeyd olunacaq

Zülfüqar Hacıbəyovun 130 illik yubileyi qeyd olunacaq

Bəstəkar, Əməkdar İncəsənət Xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 130 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açılacaq, əsərlərindən parçalar səsləndiriləcək.
Professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev və digər sənət fədailəri sırasında Zülfüqar Hacıbəyovun də xüsusi yeri vardır. O, "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan", "On bir yaşlı arvad" , "Evliykən subay" musiqili komediyalarının və digər əsərlərin müəllifidir.
Zülfüqar Hacıbəyov dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, həm də maestro Niyazinin atasıdır.

Qeyd edək ki, yubiley tədbiri aprelin 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə