Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, onunla bağlı xatirələr dinlənəcək.
Qeyd edək ki, tədbir aprelin 18-də Dövlət Film Fondunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB