Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 3 fevral tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrası tərəfindən görkəmli şair və mütəfəkkirə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edənlər Mirzə Şəfi Vazehin dünyaya gəldiyi Gəncənin ədəbi mühitindən, onun maarifçi və pedaqoq kimi fəaliyyətindən, dövrünün sayılıb-seçilən şairləri ilə tanışlığından, şeirlərinin Fridrix Bodenştedt tərəfindən oğurlanmasından geniş söhbət açıblar.

ADAU-nun Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri Azad Bayramov bildirmişdir ki, belə tədbirlər keçmişimizi işıqlandırmaq, tariximizi yaşatmaq və gələcək nəsillərə çatdırmaq baxımından böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Mərasimdə Mirzə Şəfi Vazehin həyat və yaradıcılığından ingilis dilində də söhbət açılıb.

Qeyd edək ki, tədbir şairin şeirlərinin ifası və musiqi nömrələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə