Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Çin sivilizasiyasının yaranması və inkişafı" mövzusunda qədim Çin tarixinin aktual məsələlərinə həsr olunmuş elmi seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov, Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov, tələbələr və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov açaraq Çin tarixşünaslığının əsas xüsusiyyətləri, Çin dövlətinin formalaşması mərhələlərinin öyrənilməsində istifadə edilən qədim Çin salnamələrinin əhəmiyyətinə toxunub.
Seminarda "Xuanxedən Evfrata qədər: Yaxın Şərqə Çin sivilizasiyası yolu (VII-X əsrlər)" adlı məruzəsi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin rəhbəri Fərda Əsədov köçəri türklərin və Ərəb xilafətinin Çinlə münasibətlərini müəyyənləşdirən əsas amillər, Yaxın Şərq xalqlarının Çin haqqında məlumatlandırılmasında İpək Yolunun rolu, o cümlədən ərəblərin çinlilər və Çin mədəniyyəti barəsində bilikləri haqqında məlumat verib.
Sonra qədim Şərq tarixinin problematik məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış "İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitabı qonaqlara hədiyyə edilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB