“Arşın mal alan”

Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşa Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki "Rus-Azərbaycan Evi"nin Bakıda keçirəcəkləri silsilə mədəniyyət tədbirləri çərçivəsində nümayiş olunacaq.

İki hissəli səhnə əsəri, Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə göstəriləcək.

Tamaşanın bədii rəhbəri, Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir.

Qeyd edək ki, tamaşa 16 aprel, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə