III “Univision” tələbə mahnı müsabiqəsinin iştirakçılarının ardıcıllığı müəyyənləşib

III “Univision” tələbə mahnı müsabiqəsinin iştirakçılarının ardıcıllığı müəyyənləşib

Xəbər verdiyimiz kimi, Bakıda III "Univision" tələbə mahnı müsabiqəsinin başlanması münasibətilə mətbuat konfransı və püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşkatma nəticəsində Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə baş tutacaq tələbə mahnı müsabiqəsinin 22 iştirakçısının çıxışlarının ardıcıllığı müəyyənləşdirilib.

Püşkatmanın nəticələrinə uyğun olaraq Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, "Odlar Yurdu" Universitetinin, Bakı Dövlət Sosial-İqtisad Kollecinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Humanitar Kollecinin, Bakı Slavyan, Azərbaycan Tibb, Azərbaycan Dillər universitetlərinin, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, "ADA" Universitetinin, Azərbaycan Kooperasiya, "Xəzər" universitetlərinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin, Azərbaycan Dövlət Neft Akademiyasının təmsilçiləri müvafiq olaraq 1-dən 22-dək nömrə altında ardıcıl çıxış edəcəklər.

Müsabiqənin yarımfinal və final mərhələləri müvafiq olaraq aprelin 15-də və 21-də Heydər Əliyev Sarayında keçiriləcək.

Qeyd edək ki, finalın qalibi ölkəmizi mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq "Univision" tələbə mahnı müsabiqəsində təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə