“Aylı gecə”

Mingəçevir Dövlət Dram Teatrında yazıçı Arif Mədətovun "Aylı gecə" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri gedir. SİA-nın məlumatına görə, teatrın nəzdində fəaliyyət göstərən "İnam" studiyasının rəhbəri, ömrünün 46 ilini bu sahəyə həsr etmiş xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi səhnə əsərinin bu ayın sonlarında təhvil verilməsi nəzərdə tutulub.

Bununla yanaşı, teatrın yaradıcı heyəti tərəfindən ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış "1001 gecə", İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər", Əli Əmirlinin "Mən səni sevirəm" tamaşaları yenidən teatrsevərlərin ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə