Azərbaycanlı balet ulduzları Latviyada çıxış edəcəklər

Azərbaycanlı balet ulduzları Latviyada çıxış edəcəklər

Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Çinarə Əlizadə və azərbaycanlı balet ulduzu Ülvi Əzizov Latviyada çıxış edəcəklər. SİA-nın məlumatına görə, bu "Etoile Ballet Gala" xoreoqrafik proqramı dünyanın ən əhəmiyyətli balet hadisələrindən biridir.

Qala-konsertdə dünyanın tanınan və nüfuzlu balet səhnələrində çıxış edən ən parlaq ulduzlarının iştirakı gözlənilir.

Qeyd edək ki, balet ulduzları aprelin 28-də Latviya Milli Operasının "Etoile Ballet Gala" konsertində çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə