Rza Təhmasibin 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti Rza Təhmasibin 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə sənətkarın ömür yolundan, yaradıcılıq axtarışlarından söz açılacaq, yaratdığı obrazlar qalereyasından nümunələr nümayiş olunacaq.
Qeyd edək ki, tədbir aprelin 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB