Mirəhməd Əsgərovun yubileyi keçiriləcək

Mirəhməd Əsgərovun yubileyi keçiriləcək

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Mirəhməd Əsgərovun anadan olmasının 70 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə qurumun yarandığı ilk illərdən burada çalışmış, ömrünün 47 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin təbliğinə həsr etmiş M.Əsgərovun həyat yolundan və fəaliyyətindən söhbət açılacaq.

Yubiley tədbirində M.Əsgərovun yetirmələri olan, artıq respublikanın müxtəlif istiqamətlərində uğurla fəaliyyət göstərən tanınmış mədəniyyət işçiləri, bu yorulmaz insanın özünün yaratdığı "Şəlalə" xalq çalğı alətləri ansamblı, "Xalq teatrı", fortepiano kursunun şagirdləri, qızlardan və oğlanlardan ibarət rəqs qrupları, "Satirik teatr", eləcə də "Vurğun" poeziya teatrı ədəbi-bədii kompozisiya ilə çıxış edəcək, yubilyara təbriklərini çatdıracaqlar.

Qeyd edək ki, tədbir aprelin 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə