P.Kalderonun "Məhəbbətlə zarafat etmirlər" tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.
Tamaşada əməkdar artist Salman Bayramov, Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Teymur Rəhimov və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, tamaşa mayın 3-4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB