Həsən bəy Sultanovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində görkəmli maarif xadimi Həsən bəy Sultanovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans "Soy" elmi-kütləvi jurnalının təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ilk əmək fəaliyyətinə müəllimliklə başlayan Həsən bəy Sultanov təkcə dərs deməklə kifayətlənməmiş, öz şəxsi evini məktəbə çevirmiş, uşaqlara savad, bilik öyrədib.
Qeyd edək ki, Həsən bəy Sultanov ictimai inkişafın ən mürəkkəb dövrlərindən biri olan XX əsrin əvvəllərində Azərbaycanda maarif məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı pedaqoq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB