Azərbaycan Aşıqlar Birliyinin (AAB) ədəbi orqanı olan "Ozan dünyası" ədəbi-bədii jurnalının növbəti nömrəsi "Nurlan" nəşriyyatında çapdan çıxıb. SİA-nın məlumatına görə, min nüsxə tirajla çap olunmuş nəşrin bu nömrəsinin ilk səhifəsində AAB-nin sədri, xalq şairi Zəlimxan Yaqubun xalq şairi Hüseyn Arifə həsr etdiyi "Səfər davam edir" sərlövhəli yazısı dərc olunub.
Jurnalın bu nömrəsində oxucular, həmçinin fəlsəfə elmləri doktoru Babək Qurbanovun "Tarixi-estetik baxımdan aşıq musiqisi" mövzusunda elmi araşdırması, el şairləri Aşıq Bəsti, Aşıq Şəmşir, Aşıq Mirzə Səməd, Dərya Məhəmməd, türk aşığı Dadaloğlu kimi sənətkarlar haqqında folklorçu alimlərimizin elmi məqalələri ilə tanış ola bilərlər.
Jurnalda, eyni zamanda, tanınmış el aşığı Aşıq İmran Həsənovun "Qarabağ dastanı"ndan bəzi parçalar, AAB-nin dəstəyi ilə keçirilmiş tanınmış aşıqların yaradıcılıq və xatirə gecələri haqqında məlumatlar, ustad aşıqların yaradıcılığından nümunələr dərc olunub.
Qeyd edək ki, jurnalın baş redaktoru Musa Nəbioğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB