Yunanıstanda Azərbaycan gecəsi keçirilib

Yunanıstanda Azərbaycan gecəsi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində aprelin 10-da Afina şəhərinin Teatr Kollecinin konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin xeyriyyə konserti keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli və digər görkəmli Azərbaycan bəstəkarları ilə yanaşı, dünya klassiklərinin də əsərləri tamaşaçılar tərəfindən gənclərimizin ifasında maraqla qarşılanıb.

Konsertdə Yunanıstanın bir çox ziyalıları ilə yanaşı, YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannis də iştirak edib.

Qeyd edək ki, konsertdən yığılan vəsait əlil uşaqların müalicəsinə xərclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə