Hüseyn Cavidin yaradıcılığı ABŞ Universitetində tədqiq olunur

Hüseyn Cavidin yaradıcılığı ABŞ Universitetində tədqiq olunur

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev- muzeyindən SİA-ya verilən məlumata görə, Massaçusets Amherst Universitetinin professoru Audrey L. Altstadt uzun müddətdir H. Cavid yaradıcılığının tədqiqi ilə məşğul olur. Onun "Beynəlxalq Dil və Ədəbiyyat Jurnalı"nın ("Journal of Language and Literature") 2014-cü ilin fevralında çapdan çıxmış 5-ci cildinin 1-ci nömrəsində "Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi" ("Husein Javid and The Writers Union of Azerbaijan") sərlövhəli məqaləsi də dərc olunub.

Audrey L. Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin ev- muzeyinin böyük mütəfəkkirin 130 illik yubileyi münasibətilə keçirdiyi "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə edib.

Alim AMEA Hüseyn Cavidin ev-muzeyi ilə sıx əlaqə şəraitində tədqiqatını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə