Teatr işçiləri üçün treninqlər təşkil edilib

Teatr işçiləri üçün treninqlər təşkil edilib

Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarına əsasən, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi teatr, tamaşa və konsert müəssisələrinin işçiləri üçün təlimlər təşkil edib. SİA-nın məlumatına görə, aprelin ilk ongünlüyündə respublikada fəaliyyət göstərən teatr və konsert müəssisələrinin direktor müavinləri və quruluş hissə müdirləri treninqlərə cəlb ediliblər.

Treninq çərçivəsində 40 saatlıq tədris planı tərtib edilmiş, proqramda teatrlarda işin keyfiyyətini artırmağa yardımçı olacaq bütün sahələr əksini tapıb.

Qeyd edək ki, mühazirələrə tanınmış teatr rəhbərləri dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə