ADU YAP ilk təşkilatının hesabat konfransı keçirilib FOTOLAR

ADU YAP ilk təşkilatının hesabat konfransı keçirilib FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində ADU Yeni Azərbaycan Partiyasının ilk təşkilatının hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş iclasda Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Azər Süleymanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim, tələbə heyəti iştirak ediblər.

İclasda çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev iclasın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunduğunu bildirib: "Ümummilli Liderin gənclərlə bağlı siyasəti, gənclərə göstərdiyi diqqət və qayğı danılmazdır. Ümummilli liderin gənclərlə bağlı siyasətinin müasirləşən gənclik üçün bir töhvədir. Dillər Universitetində 360 nəfər YAP-a üzvdür".

İclasın gündəliyinə "Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti", "İlk təşkilatın idarə heyətinə yeni üzvlərin seçilməsi" və "Partiya üzvlüyünə qəbul" məsələləri daxil idi.

ADU YAP Gənclər Təşkilatının sədri Ziba Nəcəfova çıxışında gənclik dövrünün dövlətin var olması üçün böyük potensial olduğunu bildirib: "Azərbaycan gəncliyinin amalı vətəni layiqincə təmsil etmək, dövlətin adını hər zaman yüksək tutmaq, vahid hakimiyyət ətrafında birləşməkdən ibarətdir. Bu istiqamətdə sosial şəbəkələrdə də aktivdir. Harada yaşamağından və təhsil almağından asılı olmayaraq gənclər Azərbaycan keçmişinin qoruyucusu, gələcəyinin isə qurucusu olmasını unutmamalıdırlar".

Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov iclasda toxunulan məsələni çox vacib hesab etdiyni bildirib: "Dövlət tərəfindən gənclərə hər zaman önəm verilir. Müasir Azərbaycan Gəncliyi savadlı yetişir. Gəncliyə inanınram və onlara uğurlar arzulayıram".

İclasda daha sonra universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Xarici dillər kafedrasının müəllimi Sevda Abuzərli, Pedaqoji fakültədə təhsil alan Gülnar Xəlilova və Nərgiz Məmmədova da öz növbələrində Ümummilli Lider Heydər Əliyevin gənclər siyatəsindən danışıblar.

İclasın davamında gündəliyin növbəti məsələlərinə toxunularaq ilk təşkilatın idarə heyətinə seçimlər keçirilib. Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Xarici dillər kafedrasının müəllimi Anar Rəhimov və Qrammatika kafedrasının müdiri, dosent Leyla Cəfərovanın namizədliyi irəli sürülərək səsə qoyuldu və səsvermə nəticəsində təsdiq olundu.

Qeyd edək ki, sonda Partiya üzvlüyünə qəbul olmaq istəyən 37 nəfər partiya sıralarına daxil oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə