"Təbriz folklor örnəkləri" kitabı çapdan çıxıb. AMEA Folklor İnstitutu elmi şurasının qərarı ilə nəşr olunan "Təbriz folklor örnəkləri" (I kitab) toplusunda Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fiologiya üzrə elmər doktoru Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi, Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəməd Əlipur Muqəddəmdir.
Kitabın girişində "İnstitutdan" başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin – folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ilk növbədə həlli vacib məsələlərdəndir. Bu zərurəti nəzərə alan AMEA Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasına böyük əhəmiyyət verir.
Ümumilikdə 444 səhifədən ibarət olan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyevadır.
Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB