“Qısqanc ürəklər”

Manaf Haqverdiyev və Ramiz Mirişlinin "Qısqanc ürəklər" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, əsərdə məhəbbət ifrat dərəcəyə çatmış qısqanclıq qarşısında təhlükə altına düşür ki, bu da inciklik və ayrılığa gətirib çıxarır.

Qeyd edək ki, tamaşa 13-25 aprel saat 19:00-da Musiqili Komediya Teatrında təqdim olunacaq. Biletlərin qiyməti isə 5, 10 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə