Miladi: 10 aprel 2014
Hicri: 10 Cəmaziulaxir 1435
İlin 100-cü günü
İlin sonuna 265 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 05:56
Günəş – 07:08
Zöhr – 13:45
Əsr – 17:57
Məğrib – 20:29
İşa – 21:50
1449 - təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, niderland hüquqşunası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi - (ö.1645) dünyaya gəlib.
1870 - inqilabçı, SSRİ-nin qurucusu Vladimir İliç Lenin dünyaya gəlib.
1914 - yazıçı Qılman İlkin anadan olub.
1918 - Zaqafqaziya Seyminin heyəti Türkiyə (Osmanlı) ilə Trabzonda aparılan danışıqlarda Brest-Litovsk müqaviləsinin şərtlərini qismən qəbul etməyə razılıq verib. Bolşevik Rusiyası ilə Almaniya (Türkiyənin müttəfiqi) arasında bağlanmış separat sülh müqaviləsinə görə, çar Rusiyasının Osmanlı ilə müharibədə (1877-1878) ələ keçirdiyi Qars, Ərdəhan və Batum türk tərəfinə qaytarılmalı idi. Zaqafqaziya Seymi Qars və Ərdahana razılıq versə də (hərçənd erməni deputatlar buna qarşı idi), Batumu Türkiyəyə verməkdən imtina edirdi. Seymin azərbaycanlı fraksiyasında da bu məsələdə yekdillik yox idi, yalnız müsavatçılar Türkiyənin tələblərini qəbul etməyin tərəfdarı idilər. Trabzon danışıqları nəticəsiz bitdi.
1932 - misirli aktyor Ömər Şərif anadan olub.
1952 - amerikalı aktyor Stiven Siqal dünyaya gəlib.
1973 - braziliyalı futbolçu Roberto Karlos dünyaya gəlib.
1997 - Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Şuraya Milli Məjlisin sədri, baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, milli təhlükəsizlik naziri, daxili işlər nazirləri daxildir.
2010 — sabiq Polşa prezidenti Lex Kaçinski təyyaeə qəzasında vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB