İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilib

İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə tədbir keçirilib. YAP Ağcabədi rayon təşkilatından SİA-ya verilən məlumata görə, tədbirdə qadınlar şurasının və gənclər birliyinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini Nazim Bünyatov açaraq İlyas Əfəndiyevi çağdaş Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan bir yazıçı kimi dəyərləndirmiş, onun əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu, yaradıcılığının əsas qayəsini milli mənəvi dəyərlərə hörmət, gənclərə vətənpərvərlik hissi aşılamaq təşkil etdiyini vurğulayıb.
Rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva tədbir iştirakçılarına görkəmli yazıçının ədib və ictimai xadim kimi misilsiz xidmətləri və ədəbiyyatımıza verdiyi töhfələr barədə məlumat verib.
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP rayon təşkilatı qadınlar şurasının üzvü Jalə Məlikova yazıçı-dramaturqun həyat və yaradıcılığı barədə geniş məruzə edib.

Qeyd edək ki, sonra xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında çəkilmiş "Hökmdarın taleyi" adlı film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə