Uzun müddətdir şəkərli diabet xəstəliyindən əziyyyət çəkən əməkdar artist Rəhman Rəhmanovun səhhəti normallaşıb. SİA-ya açıqlama verən əməkdar artist artıq sağlıq durumunun nisbətən yaxşı olduğunu bildirib: "Bildiyiniz kimi, ayağım çox pis vəziyyətdə idi. Əməliyyat olunmasa, çürüyə bilərdi. Buna görə də iki ayağım da cərrahiyə əməliyyatı olunub. Əməliyyat 3 saat çəkdi. Demək olar ki, artıq ağrılarımın 70%-dən qurtuldum. Hətta mənə əlillik təqüdü də verəcəklər. Bu da onu göstərir ki, hələ tam sağalmamışam. Xəstəliyimə görə, mənə 6 aylıq məzuniyyət də verilib. Buna baxmayaraq, teatrda fəaliyyətimi davam etdirirəm. Çünki özümü tamaşalar və izləyicilərsiz təsəvvür edə bilmirəm. Şükürlər olsun ki, heç vaxt tamaşaçıdan əziyyət çəkməmişəm. Onlar hər zaman Kukla Tetarına gəlib tamaşalarımı maraqla izləyirlər. Bu da hər aktyora qismət olmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB