Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına müvafiq olaraq təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş "Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni" mövzusunda Dəyirmi Masa keçirəcək. SİA-nın məlumatına görə, dəyirmi masada "Ədəbiyyat qəzeti" baş redaktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi, publisist, əməkdar mədəniyyət işçisi Azər Turan "Əli bəy Hüseynzadə və milli kimlik məsələsi" mövzusunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova "Əli bəy Hüseynzadə və Azərbaycan teatrı" mövzusunda məruzələrlə çıxış edəcəklər. Daha sonra tədbirdə iştirak edən Azərbaycanın elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri, ədibin qohumlarının iştirakı ilə Əli bəy Hüseynzadənin həyat və zəngin yaradıcılığı barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, dəyirmi masa aprel ayının 9-u, saat 12:00-da Park Inn Otelinin "Nəsimi" zalında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB