Teymur Elçinin 90 illik yubileyi qeyd olunacaq

Teymur Elçinin 90 illik yubileyi qeyd olunacaq

Görkəmli şair, ictimai xadim, Dövlət mükafatı laureatı Teymur Elçinin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə şairlər, ictimai xadimlər, media nümayəndələri və başqaları iştirak edəcək.
Nəzərinizə çatdıraq ki, tədbirdə, həmçinin "Teymur Elçin. Biblioqrafiya" kitabı da təqdim ediləcək.

Qeyd edək ki, yubiley tədbiri aprelin 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə