Niderlandda keçiriləcək Beynəlxalq uşaq bayramına həmvətənlərimizin də töhfəsi olacaq
Aprelin 23-də Den Haag Kitabxanasının, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin və "Balad" Cəmiyyətinin birgə təşkilatçılığı ilə iki böyük proqram təqdim olunacaq. SİA-nın məlumatına görə, aprelin 23-də təkcə Türkiyədə deyil, həmçinin UNESCO-nun müvafiq qərarına əsasən, bir çox ölkələrdə Beynəlxalq Uşaq Bayramı Günü qeyd olunur.
Bu məqsədlə adları çəkilən təşkilatların aprelin 23-də keçiriləcək ilk tədbiri Den Haag Transval Kitabxanasındakı uşaq bayramı olacaq. Tədbirdə uşaqlar üçün müxtəlif əyləncələr təqdim olunacaq. "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan məktəbinin uşaqları milli geyimlərdə rəqslərimizlə Azərbaycanı təmsil edəcəklər.
Həmin gün axşam isə Hollandiyada yaşayan müxtəlif millətlərdən olan həvəskar sairlərin poeziya axşamı olacaq. Bu tədbirdə isə qonaqları azərbaycanlı musiqiçilər Elşən Rzayevin və Firəngiz Bağırovanın ifasında səslənəcək musiqimiz qarşılayacaqdır. Yasəmən Əkbərova və Bənövşə Əzizli isə seirləri ilə Azərbaycanı təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB