Azərbaycan təmsilçisinin promoturu davam edir

Azərbaycan təmsilçisinin promoturu davam edir

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Dilarə Kazımovanın promoturu başlanıb. SİA-nın məlumatına görə, Dilarə Kazımova Amsterdamda keçirilən "Eurovision İn Concert"də "Start a Fire" mahnısını oxuyub.
Təmsilçimiz www.esckaz.com (Eurovision Song Contest Knowledge from A to Z) saytına müsahibəsində promoturun 6-7 ölkədə davam edəcəyini bildirib. Diqqətə çatdırıb ki, promoturlar müsabiqədən əvvəl prosesə qoşulmağa kömək edir. İfaçı oxuduğu mahnıya reaksiyanı duyur və nəticə çıxarır. Dilarə Kazımova müsabiqəyədək çoxsaylı məşqlər, vokal və yoqa dərsləri keçəcəyini də bildirib.
Müsahibənin mətni ilə http://esckaz.com/2014/aze.htm#ru_int linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq. Azərbaycan təmsilçisi Dilarə Kazımova mayın 6-da səhnəyə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə