“Fərqli baharlar” adlı sərgi açılıb

“Fərqli baharlar” adlı sərgi açılıb

"Galereya-1969" sərgi salonunda "Fərqli baharlar" adlı sərgi açılıb. SİA-nın məlumatına görə, ekspozisiyada Azərbaycan, Türkiyə və Argentina rəssamlarının əsərləri təqdim olunub.
Fərqli baharların oxşar və ortaq rəngləri, ənənə və müasirliyin vəhdət təşkil etdiyi bu əsərlər impressionizm üslubunda işlənib. 60-a yaxın əsərin nümayiş olunduğu sərgi sənətsevərlər tərəfindən maraqla izlənilib.
Açılış mərasimində çıxış edənlər "Fərqli baharlar" adlı ekspozisiyanı yüksək qiymətləndiriblər. Argentina, Kuba və digər ölkələrin Azərbaycandakı səfirlərinin iştirak etdikləri tədbirdə belə sərgilərin mədəniyyət və dostluq körpülərinin qurulmasına bir töhfə olduğu bildiriblər. Diqqətə çatdırılıb ki, bu, həm də gənc rəssamlara öz yaradıcılıqlarını nümayiş etdirmək üçün yaxşı bir şansdır.

Qeyd edək ki, fərqli yaş kateqoriyasına aid rəssamların əsərlərinin təqdim olunduğu sərgi aprelin 9-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə