Muzey Mərkəzində Sankt-Peterburqdan olan gənc kukla ustasının sərgisi açılacaq
Aprelin 23-də Bakıda ilk profilli "Kukla" Art Qalereyasının açılmasının 1 ili tamam olacaq. SİA-nın məlumatına görə, bu münasibətlə qalereyanın təşkilatçıları Muzey Mərkəzində Sankt-Peterburqdan olan məşhur kukla ustası Lada Repinanın "Krallıq" adlı sərgisini təqdim edəcəklər.
Lada Repinanın işləri artıq Bakı tamaşaçılarına məlumdur. Həmin işlərdən bəziləri bu qalereyanın da kolleksiyasına daxil edilib. Gənc usta məhz Bakı üçün "Krallıq" ümumi adı altında kukla seriyasını yaradıb.
Müəllif əvvəlki yaradıcılıq nümunələrində - nəinki silsilə, ayrı-ayrı işlərində də bu mövzuya qısaca müraciət edib. Onun "Liliputlar kralı", "Qırmızıtoxmaq qadın" kimi əsərləri ifadəli və Hofman üslubunda qrotesklə mövzunu açır. Əvvəlki işlərlə birləşdirilmiş və əlavələr edilmiş bu seriya ustanın böyük əməyinin bəhrəsi olmaqla onun "Krallıq" silsiləsini yüksək incəsənət səviyyəsinə çatdıraraq, sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirir.
Lada Repinanın işlərini incəsənət obyekt kimi xarakterizə etmək olar. Lakin öz təqdimatında müəllif dar profilli mənaya deyil, yüksək dərəcədə vizual bədii estetikaya yer verir. Mövzunun möhkəmlənməsi üçün onun işləri bir qayda olaraq, seriyalarla qoyulur. Müxtəliftərəfli və qavramanın müxtəlif bucaqlarından hər obyekt təkrarolunmaz məna daşımaqla kuklanın real xarakterini qeyri-reallıqla tamamlayır.
Gənc ustanın işlərində rənglər xüsusi yeri tutur. O, silsilə işlərini rəng tonu ilə birləşdirməyə cəhd etmir. Birləşmənin əks effektinə çalışaraq, onu formaların oyunu və personajların xarakteri ilə tamamlayır.
Onun işləri tamaşaçının öz duyumu əsasında yaratdığı musiqinin notlarına bənzəyir.
Lada Repina "Kuklalarda ədəbi və teatr personajları" (Şeremetyevo sarayı, Musiqi Muzeyi), "Milad sərgisi" (Rosvuzdizayn Qalereyası), "İncəsənətdə ölüm obrazı", "Bədheybətlər. Mifoloji varlıqlar", "İincəsənətdə başmaq" (dördü də rəssam Mixail Şemyakinin Fondu), "Kukla sənəti" (Moskvanın "Manej" sərgi zalı) və digər nüfuzlu sərgilərdə iştirak edib.
Lada Repina N.K.Rerix adına Sankt-Peterburq Rəssamlıq Məktəbində, daha sonra A.L.Ştiqlisa adına Sankt-Peterburq Dövlət Sənaye-Rəssamlıq Akademiyasında qrafik dizayner ixtisası üzrə təhsil alıb. Onun işləri Rusiya, Azərbaycan, İspaniya, ABŞ, İsraildə şəxsi kolleksiyalarda saxlanır.
Sərgi çərçivəsində, həmçinin müəllifin Moskvada Beynəlxalq Kukla Salonunun təşkilatçısı, "Kukla dünyası" jurnalının naşiri Svetlana Pçelnikovanın "Kuklaların məkanı" (Moskva) şəxsi qalereyasından da üç işi təqdim olunacaq.
Qeyd edək ki, sərgi aprelin 29-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB