Bakıda ŞHK-ı yarışmasının ilkin mərhələsi keçiriləcək

Bakıda ŞHK-ı yarışmasının ilkin mərhələsi keçiriləcək

Bakı şəhər şən və hazırcavablar klubları yarışmasının ilkin mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, yarışların təşkilatçısı Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində yeni yaradılmış Bakı Şəhər Şən və Hazırcavablar Klubudur.

Bakı şəhər şən və hazırcavablar klubları yarışmaları dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında gənclərin fəal iştirakının təmin edilməsi və əhalinin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.

Artıq yarışmalarda kluba üzv olan 10 komandanın iştirak edəcəyi müəyyənləşib. "Ekspromt" (Xəzər rayonu), "Bineyi - qədim" (Binəqədi), "Atəşgah" (Suraxanı), Ağşəhərlilər" (Xətai), "Rahat kainat" (Sabunçu) "Sürpriz" (Nəsimi), "Adrenalin"(Nərimanov), "Qaradağ" (Qaradağ), "Kreativ" (Nizami) və "Yasamal hazırcavabları" (Yasamal) komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, ilk mərhələlər aprelin 7-də və 8-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə