Karikaturaçı rəssamın əsərləri nümayiş olunacaq

Karikaturaçı rəssamın əsərləri nümayiş olunacaq

Karikaturaçı rəssam Adil Elçinin fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi və "Kirpi" satira-yumor jurnalının birgə təşkilatçılığı ilə keçiriləcək sərgi 1906-cı il aprelin 7-də nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının 108-ci ildönümünə həsr ediləcək. Sərgidə rəssamın müxtəlif illərdə çəkilmiş əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, sərgi aprelin 7-də Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə