“Molla Nəsrəddin” jurnalının yaradıcısının xatirəsi yad ediləcək

“Molla Nəsrəddin” jurnalının yaradıcısının xatirəsi yad ediləcək

"Molla Nəsrəddin" jurnalının birinci nömrəsinin çapdan çıxmasının 108-ci ildönümü münasibətilə bu dərginin yaradıcısı və naşiri, görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Fəxri xiyabandakı məzarı önündə ədibin xatirəsini anma tədbiri keçiriləcək.

SİA-nın məlumatına görə, elm, ədəbiyyat, incəsənət xadimlərinin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəkləri tədbirdə ədibin həyat və yaradıcılığından söhbət açılacaq.

Qeyd edək ki, tədbir aprelin 7-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə