Cahangir Cahangirov adına xorun konserti olacaq

Cahangir Cahangirov adına xorun konserti olacaq

Beynəlxalq muğam mərkəzində Cahangir Cahangirov adına xorun konserti keçiriləcək. SİA-nın məlumatına görə, xorun bədii rəhbəri və baş dirijoru -Şəhla Ələkpərovadır. Gecədə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Ramiz Mustafayev, Firəngiz Əlizadə və başqa bəstəkarların əsərləri səslənəcək.

Qeyd edək ki, konsert 17 aprel, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə