ADU-da Məhəmməd Əmin Rəsulzadə anılıb

ADU-da Məhəmməd Əmin Rəsulzadə anılıb

Bu gün Azərbaycan Dillər Universitetində "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi"nə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Sosial elmlər kafedrasının müdiri Ədalət Abdiyeva, həmin kafedranın dosenti Qorxmaz Mustafayev, baş müəllimi Qəribə Əlizadə və Pedaqoji fakültənin 404 (a), 404 (b), 405 qrup tələbələrinin iştirakı ilə keçirilib. Dəyirmi masa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 noyabr 2013-cü il tarixində imzaladığı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq baş tutub.

Tədbir Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev dəyirmi masanın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncama əsasən keçirildiyini bildirib: "M. Ə. Rəsulzadənin siyasi fəaliyyəti, o cümlədən İranda gördüyü işlər hər kəsə məlumdur. M.Ə.Rəsulzadə kimi xaidmlərin həyat tarixçəsini dəqiqliklə öyrənmək çox vacibdir".

Sonra Məhəmməd Əmin Rəsuzladənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Pedaqoji fakültədə təhsil alan tələbələr - Sevinc Nəbizadə "M. Ə. Rəsulzadənin İrandakı siyasi fəallığı", Nübar Həsənzadə "M. Ə. Rəsulzadənin ədəbi fəaliyyəti", Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nihad İsmayılzadə isə "Məşrutə inqilabı və onun Şimali Azərbaycan mətbuatına təsiri" mövzularında çıxışlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə