Nazir: "Turistlər bəyannaməni nəzərə alaraq, etik qaydalara riayət edəcəklər”
Azərbaycan Turizm Assosasiyası ilə Ümumdünya Turizm Təşkilatı arasında öhdəlik müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, sənəd Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifahi və Azərbaycan Turizm Assosasiyasının prezidenti Nahid Bağırov arasında imzalanıb.
İmzalanma mərasimi bu gün keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisi zamanı baş tutub.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanın bu müqaviləni imzalamaqla "Turizm Davranışı Məcəlləsi"nə qoşuluduğunu bildirib: "Bununla da Azərbaycan turizm sənayesi Ümumdünya Turizm Təşkilatı qarşısında ölkəmizə gələn turist və qonaqların davranışının etik qaydalarını, ekoloji baxımından cəmiyyətin qanunların uyğun olaraq fəaliyyət göstərməsini təmin edəcək. Bu, o deməkdir ki, bu gündən etibarən xaricə turist göndərən şirkət onlara davranış qaydalarınıdan, müəyyən etik normalara kimi bir sıra məsələlərdə xüsusi məlumat verməlidir. Bununla da Azərbaycan xaricə səfər edən turistlərimizin beynəlxalq səviyyədə hərəkətlərinə, davranışlarına riayət etməsi ilə bağlı məsuliyyət daşıyır. Ümid edirəm ki, azərbaycanlı turistlər bu bəyannaməni nəzərə alaraq etik qaydalara, davranış normalarına riayət edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB