Cenevrədə “Əlillərin hüquqları haqqında” Beynəlxalq Konvensiyanın 11-ci sessiyası keçirilir

Cenevrədə “Əlillərin hüquqları haqqında” Beynəlxalq Konvensiyanın 11-ci sessiyası keçirilir

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva "Birləşmiş Millətlər Təşkilatının Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublkiasının ilk məruzəsinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.

SİA-nın məlumatına görə, sessiyadan öncə Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliyində hazırlıq iclası olub və UNİCEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional direktoru Mari - Pyer Puarye ilə görüş keçirilib. Nümayəndə heyəti BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri Maria Soledad Sisternas Reyes ilə görüşüb.

"Əlillərin hüquqları haqqında" BMT-nin Konvensiyasına dair Azərbaycan Hökumətinin ilk hesabatı dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə