“Elmin innovativ inkişafının informasiya təminatı”

“Elmin innovativ inkişafının informasiya təminatı”

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Elmin innovativ inkişafının informasiya təminatı" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mərkəzi Elmi Kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova, , doktorant Natiq Mürsəlov, kitabxana əməkdaşları və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova açaraq, nəşr olunan annotasiyalı elmi biblioqrafik gösətrici haqqında çıxış edib və göstəricinin dəyərli vəsait olduğunu vurğulayıb: "Mərkəzi Elmi Kitabxananın gənclərinin aktivliyinə görə layihənin rəhbəri Natiq Mürsəlovun işlərini təqdirə layiqdir".

Sonra söz kitabxanın əməkdaşı, doktorant Natiq Mürsəlova verilib. Layihə rəhbəri tədbir iştiralçılarına biblioqrafik göstərici haqqında geniş məlumat verib: "Bu göstərici Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı" adlı layihəyə əsasən hazırlanıb. Nəşrin məqsədi isə gənc alim və mütəxəssislərin, tələbə və magistrantların elmi-tədqiqat fəaliyyətlərinin biblioqrafik-informasiya təminatını həyata keçirmək, Milli Elmlər Akademiyasında çalışan alimlərin, görkəmli elm və mədəniyyət xadimlərinin müstəqillik dövründə müxtəlif sahələr üzrə apardıqları tədqiqatların nəticələrini əks etdirən kitab, monoqrafiya, elmi toplu və s. haqqında gənclərə müfəssəl məlumat verməkdir".

Qeyd edək ki, göstəricinin ilk hissəsində "Ulu öndər Heydər Əliyevin gənclər strategiyası", "Azərbaycanda dövlət gənclər siyasəti" adlı məqalələr, "Azərbaycaqn gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qısa xülasəsi və "Gənclərin ideyalarının dostu: Azərbaycan Gənclər Fondu" adlı məlumat xarakterli materiallar əks olunub. Həmçinin göstəricidə fizika-riyaziyyat, kimya, yer, texnika, biologiya, kənd təsərrüfatı, səhiyyə - tibb, siyasət, tarix və s. elmlər haqqında aktuallıq kəsb edən kitablar sistemli şəkildə və annotasiya ilə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə