Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq yazıçısı İsa Muğanna (Hüseynov) vəfat edib. Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, yazıçı uzun müddətdir xroniki ürək çatışmazlığından əziyyət çəkirdi: "İsa Muğanna (Hüseynov) bu gecə 86 yaşında dünyasını dəyişib. İsa Hüseynov yataq xəstəsi olmayıb və qəfildən dünyasını dəyişib. Mərhum yazıçımız sabah Fəxri Xiyabanda dəfn olunacaq".
Nəzərinizə çatdıraq ki, İsa Hüseynovla vida mərasimi 2 aprel saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq. I Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, yazıçı BDU-nun Filologiya fakültəsində oxuyub, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru , "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
İsa Muğannanın "Məhşər", "İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir.
İsa Hüseynovun ssenariləri əsasında "Tütək səsi", "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.
Xalq yazıçısı, "İstiqlal" ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB