“Eurovision-2014” mahnı müsabiqəsinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlandı

“Eurovision-2014” mahnı müsabiqəsinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlandı

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin ən son biletləri aprelin 4-dən satışa çıxarılacaq. SİA-nın məlumatına görə, "Eurovision-2014"ün bütün şoularının biletləri satışa çıxarılacaqdır.

"Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaqdır.

Qeyd edək ki, Azərbaycan təmsilçisi müsabiqənin mayın 6-da keçiriləcək birinci yarımfinalında "Start a Fire" mahnısı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə