Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı (AAC) ilə aprelin 8-dən 12-dək Slovakiya Respublikasının Bratislava şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin "Dvorana" sərgi zalında "Azərbaycan obyektivdə" adlı fotosərgi keçiriləcək. SİA-nın məlumatına görə, eyniadlı müsabiqənin fotosərgisinin London, Paris, Berlin, Brüssel və İstanbulda uğurlu nümayişindən sonra Slovakiya auditoriyası bu valehedici fotoşəkillərlə tanışlıq imkanı əldə edəcək.
Qeyd edək ki, sərgi AAC-ın təşkilatçılığı və Slovakiya Mədəniyyət Nazirliyinin himayədarlığı altında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB