Sumqayıtda “Düşmən hədəfindir Azərbaycan əsgəri” layihəsinə yekun vurulub FOTOLAR
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin tir atıcılıq mərkəzində "Düşmən hədəfindir Azərbaycan əsgəri" adlı layihənin dördüncü-yekun turu keçirilib. SİA-nın məlumatına görə, dördüncü turda ali, orta ixtisas və ümumtəhsil orta məktəblərin yuxarı siniflərində təhsil alan sumqayıtlı gənclər iştirak ediblər. Yarışa start verilməmişdən öncə layihə rəhbəri Əli Aslanov iştirakçılara 31 mart soyqırım günü haqqında məlumat verib. O bildirib ki, 1918-ci ilin 30 mart -04 aprel tarixlərində Bakı Sovetinin təşkilatçılığı ilə erməni-daşnak qrupları Bakı şəhəri daxil olmaqla Şamaxı, Quba, Qarabağ və s. bölgələrdə azərbaycanlılara qarşı qırğınlar törətmiş və on minlərlə insan qətlə yetirilib. Yarış ilk öncə bölünmüş qruplar arasında keçirilib. Növbəti mərhələdə isə qrup qalibləri arasında IV turun ilk üç qalibi müəyyən edilib. Yarış zamanı hər bir iştirakçının topladığı xallar qeydə alınıb və dördüncü turun yekun protokolu tərtib olunub.
Qeyd edək ki, sonda hər bir turun qalibləri arasında yarış keçirilib, I-III yerin qalibləri müəyyən edilərək layihəyə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB