Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ Azərbaycan Milli Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, Şuşa Dövlət Musiqili Teatrının direktoru, Əməkdar Artist Yadigar Muradov, Dövlət Gənc Tamaşaçılar və Şuşa Dövlət Musiqili Teatrının əməkdaşları, ictimaiyyət nümayəndələri, ASSİTEJ Azərbaycan Milli Mərkəzinin kollektiv üzvü olan Azərbaycan İctimai-Siyasi Universitetinin müəllim və tələbə heyəti, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov soyqırım haqqında danışaraq 1918-ci ilin mart- iyul aylarında erməni quldur dəstələrinin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən söz açıb: "Demək olar ki, ermənilərin Azərbaycanın bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımlar nəticəsində beş ay ərzində Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşizminin qurbanı olub, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib və evindən-obasından didərgin düşmüblər. 31 mart 1918-ci il soyqırımına siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə verilib. Hər il Azərbaycanın müxtəlif bölgələrində, idarə, təşkilat və müəssisələrində 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirilməkdə və soyqırım qurbanları anılmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin bir çox dünya ölkələrində yüksək tribunalarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü və geniş şaxəli tədbirlər böyük əhəmiyyət kəsb edir. Gələcəkdə erməni faşistləri tərəfindən törədicələk belə faciələrdən sığortalanmaq və beynəlxalq miqyasda layiqli qiymət verilməsi üçün böyük imkanlar yaradır".
Şuşa Dövlət Musiqili Teatrının direktoru, əməkdar artist Yadigar Muradov çıxış edərək erməni vandalizmi haqqında acı xatirələrini dilə gətirib.
Soyqırımda qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Prezident İlham Əliyevin 2013-cü il sentyabr ayının 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirakı və çıxışının videoyazısı təbdir iştirakçılarına nümayiş etdirilib.
Qeyd edək ki, sonda soyqırımdan bəhs edən film nümayiş etidirilib.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB