Nizami Kino Mərkəzi milli filmlərimizin pulsuz nümayişinə başlayır
Martın 31-dən etibarən Nizami Kino Mərkəzində hər bazar ertəsi, çərşənbə və cümə günləri Azərbaycan milli filmlərinin pulsuz nümayişi başlanılır. Nizami Kino Mərkəzindən SİA-ya verilən məlumata görə, məqsəd tələbə və gənclərin milli filmlərimizə marağının artırılması, ekran əsərlərində əks etdirilən millətimizə xas adət-ənənələrlə yaxından tanış olmaları, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin layihəsində Azərbaycanın tarixi və tanınmış simaları haqqında filmlərin nümayişi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB