“Anadolu Atəşi” rəqs qrupu yenidən Bakıda

“Anadolu Atəşi” rəqs qrupu yenidən Bakıda

Türkiyənin məşhur "Anadolu Atəşi" rəqs qrupu növbəti dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, rəqs kollektivi Türkiyə ilə yanaşı xarici ölkələrdə də məşhurdur. Qrupun rəqslərini 6 milyondan artiq adam izləyib.

Qrup türk mədəniyyətinin xaricdə ən yaxşı təmsilçisidir. Kollektiv Amerika, Almaniya, Fransa, Belçika, İsveçrə, Niderland, Avstriya, İsrayıl, Misir, Rusiya, Çin, Yaponiya və bir çox ölkələrdə çıxış edib. "The Fire of Anatolia" qədim mədəniyyətin, əfsanələrin və miflərin zənginliyini əks etdirir.
Konsert 3 gün davam edəcək.

Qeyd edək ki, konsert 6, 7, 8 iyun saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə